Home Manset Qadınlar kişilərdən nə gözləyir?

Qadınlar kişilərdən nə gözləyir?

922
0
SHARE

Siz də “Bu qadınları heç cürə anlaya bilmədim” deyən kişilərdənsiniz? O zaman sizə yaxşı bir xəbərimiz var. Kişi Magazine sizin üçün qadınların uzun müddət birlikdə olduqları kişidən nələr gözlədiklərini təqdim edir:

1. Anlayış göstərin.

Yoldaşınız və ya sevgiliniz sizə dərdini danışanda onu dinləyin. Bir dərdi olduğu vaxt diqqətinizə ehtiyacı olacaq və onu sakitcə dinləməyiniz onu daha yaxşı hiss etdirəcək.

2. Onu tez-tez qucaqlayın.

Qadınlar sevdikləri insanın əlindən tutmaq, onu qucaqlamaq istəyir. Əks halda onlara qarşı laqeyd olduğunuzu hiss edərlər. Buna görə sevdiyiniz şəxsi tez -tez qucaqlayın.

3. Romantik olun.

Yoldaşınıza və ya sevgilinizə dostlarınızdan biri kimi davransanız bu onları xoşbəxt etməyəcək. Qadınların kiçik, lakin nizamlı eşq nümayişlərinə ehtiyacı var.

4. Söhbət edin.

Yoldaşınız və ya sevgilinizlə pul, uşaq və iş xaricində digər mövzular haqqında söhbət etməlisiniz. Film, kitab, uşaqlıq xatirələriniz və xəyallarınız bunun üçün yaxşı mövzular ola bilər.

5. Maraqlı olun.

Bir kişinin həyatında yoldaşının və ya sevgilisinin xaricində də marağında olduğu nələrsə olmalıdır. Əks halda sevdiyiniz qadının gözündə darıxdırıcı adam kimi görünə bilərsiniz. Bu, iş həyatınız və ya könüllü olaraq etdiyiniz bir fəaliyyət ola bilər.    

6. Münasibətdə bərabər olun.

Evə yalnız pul gətirmək kifayət deyil. Bir qadının, yoldaşının romantik dəstəyinə və uşaqların baxımında köməyinə ehtiyacı var. “Qadının işi” haqqındakı köhnə düşüncələrinizlə sağollaşmağınız və həyatın müştərək olduğuna inanmağınız lazımdır.  

7. Səliqəli olun.

Qadınlar yoldaşlarının və ya sevgililərinin əşyalarını arxalarından yığmağa nifrət edərlər. Geyindiyiniz geyimləri yerdə atmaq yerinə, çirkli geyimlər üçün olan səbətə qoyun.Bəzən də ətrafı yığışdırmağa ona kömək edin. Bunlar yaşadığınız həyat üçün ümumi nəzakət qaydasıdır.  

Qadın yoldaşından və ya sevgilisindən lazım olan diqqəti gördüyü müddətdə hər zaman kişi qazanar. Çünki xoşbəxt bir yoldaş, xoşbəxt bir ailə deməkdir.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here