Home GƏL, TANIŞ OLAQ Qadınlar, diqqət! Kişilər bunları cazibədar hesab edir

Qadınlar, diqqət! Kişilər bunları cazibədar hesab edir

379
0
SHARE

Qadınların çoxu onları qüsur hesab edir, ancaq biz onlara heyranıq! Aldığınız 3-5 kilo artıq çəkini, saçınızdakı ağ tükü, çıxan göbəyinizi, geyindiyinizi dərd etmədən dura bilmirsiz. Bəs fikirləşmisiniz ki, biz bu haqda nə düşünürük?

Kişi Magazine Ailem.az-a istinadən kişilərin “cazibədar” , qadınların isə “eybəcər” hesab etdiyi qadın “qüsur”larını təqdim edir.

Heyva göbək. Hər nə qədər dümdüz bir qarnın xəyalları ilə yaşasanız da, biz azca göbəkli qadınları daha çox xoşlayırıq.

Sümüklü burun. Burun insan sifətinə xüsusi xarakterik özəllik qatır. Sümüklü burunları biz estetik əməliyyat edilmiş burunlardan daha gözəl hesab edirik.

Qısa boy. Razıyıq, uzun ayaq bir çox kişinin “yox” deyə bilməyəcəyi və gözünü çəkməyəcəyi bir özəllikdir. Ancaq balacaboy qızlar onlara cazibədar görünməsə də, şirin görünür. Kilonuza diqqət edirsinizsə, boyunuzu dərd etməyin.

Çillər. Çillərinizi gizlətməkdən əl çəkin. Kişilər çillərə heyrandır.

Sıfır bədən istəyi. Bu istəyinizi ağlınızdan çıxara bilsəniz, yaxşı olar. Kişilər sizi qucaqlayarkən sizi hiss etmək istəyir, qollarını boşluğa dolamaq deyil.

Kiçik sinə. Əgər sizə həqiqətən aşiqdirsə, sinə ölçüləri ilə heç maraqlanmayacaq. Sevirsə, kiçik sinədən də zövq ala bilər.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here