Home İDMAN Podolski Almaniyada dönər biznesinə girişdi

Podolski Almaniyada dönər biznesinə girişdi

264
0
SHARE

“Galatasaray” futbol klubunun keçmiş oyunçusu Podolski Almaniyada dönərçi kafesi açıb.
Kişi Magazine Ölkə.Az-a istinadən xəbər verir ki, kafe Köln şəhərində müştərilərə xidmət göstərir.

İki mövsüm “Galatasaray” klubunun formasını geyinən Lukas Podolski Salih və Metin Dağ qardaşları ilə şərik biznes qurub. “Mangal Döner” adlı kafenin açılışına futbolçunun pərəstişkaları axın edib.
Mətbuata açıqlama verən Podolski deyib: “Türkiyədə çox ləzzətli yeməklər yedim. Geri qayıdanda Köln şəhərindəki “Mangal Restaurant”ın müştərisi oldum. Sonra isə sahibləri ilə dostluq əlaqəsi qurdum və restoranın şöbəsini açmaq qərarına gəldim”.

Podolski xalqa yaxın olmağı sevdiyini bildirib: “Beş ulduzlu restoran açmaqdansa, xalqa yaxın olmağı sevirəm”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here