SHARE

Ətrafa xoş ətir saçmaqla qadınların diqqətini cəlb etmək hər  kişinin istəyidir. Özünüzə uyğun parfüm axtarır və ətrinizi dəyişdirmək istəyirsinizsə, “Kişi Magazine”in Ailem.az-a istinadən verdiyi bu məsləhətlərdən yararlanın.

Parfümü dərinizə sıxaraq yoxlayın

Parfümü kiminsə tövsiyəsi ilə deyil, dərinizə sıxaraq seçin. Çünki bir parfüm hər dəridə fərqli qoxular verir.

Bol sıxmayın

Parfüm çox sıxmaq burnunuzun bu qoxuya daha həssas olmasına səbəb olacaq. Bu halda, düzgün seçim edə bilməyəcəksiniz.

Bir ətirlə kifayətlənməyin

Eyni parfümdən istifadə etmək müəyyən müddət sonra vərdiş halına gəlir, qoxunu hiss edə bilmirsiniz. Bu da parfümə qarşı istəksizlik yaradır. Ona görə də, bir neçə parfüm seçməyə üstünlük verin.

Parfüm alacağınız gün üstünüzə başqasını vurmayın

İki qoxu bir-birinə qarışar və parfüm seçməyinizə mane ola bilər. Ona görə də, parfüm alacağınız gün üzərinizə başqa ətir vurmayın.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here