Home KİŞİ BİLMƏLİDİR Parçalardan kif ləkəsini belə aparın

Parçalardan kif ləkəsini belə aparın

224
0
SHARE

Nəmli şəraitdə yaranan kif insan sağlamlığına son dərəcə zərərlidir. Həmçinin məişətdə də bir çox problemlər yaradır. Məsələn, paltarlarda, dəsmallarda, yataq dəstlərində aparması çətin olan ləkələrin də yaranmasına səbəb olur.

Kişi Magazine Ailem.az-a istinadən parçalardan kif ləkəsini asanlıqla aparacaq üsulları diqqətinizə çatdırır.

Pambıq parçalar

Pambıqlı parçalar digər parçalara nisbətən daha dözümlüdür və üstünə düşən ləkələr daha çətin çıxır. Əgər pambıq parçalardan olan paltarlarınızda kif ləkəsi varsa, ehtiyacınız olan şey paltar sabunu və oksigenli sudur. Əvvəlcə sabunla kif olan yeri yuyun. Daha sonra bir vannanın içinə beş stəkan su və bir stəkan oksigenli su tökün. Paltarınızı bu qarışımın içinə batıraraq təmizləyin. Yuma prosesi qurtarandan sonra paltarınızı açıq havada qurudun. Əgər ləkə çıxmayıbsa, bunu təkrar edin.

İpək parçalar

İpək parçalar yuyularkən, ya da üzərindən bir ləkə çıxarılarkən çox diqqətli olmaq lazımdır. Bu cür parçalardan kif ləkəsinin çıxması üçün sadəcə bir ədəd qəlib sabuna ehtiyacınız var. Sabunu ləkəli yerlərə sürtün və əlinizlə yavaş hərəkətlərlə ovalayın. Daha sonra açıq yerdə qurudun.

Yun parçalar

Yazda şkafa yığdığınız yun paltarlar qışa qədər orada havasız qaldıqları üçün kiflənə bilər. Yun parçalı paltarları da yuyarkən diqqətli olmaq lazımdır. Əks təqdirdə əyilərək formasını itirə bilər. Yun paltarlardan kif ləkəsini aparmaq üçün əlinizə sabun alın və köpükləndirin. Köpüklənən sabunu ləkəli yerə sürtün. Daha sonra soyuq su ilə durulayın. Kif ləkəsinin çıxdığını görəcəksiniz.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here