SHARE

Paltar ütüləmək kişilər üçün problemdir. Bu problemlə daha çox rəsmi geyimə üstünlük verən kişilər qarşılaşır. Planlaşdırılmamış iclaslar, təsadüfən üzərimizə tökülən çay ya da qəhvə bizi çətinə salır. Bəs paltarları, xüsusilə də köynək və şalvarları ütüləmədən qırışlarını necə azaltmaq olar?

“Kişi Magazine” Ailem.az-a istinadən bu üsulu təqdim edir.

Lazım olanlar:

  • 2 stəkan su
  • 1 çay qaşığı alma sirkəsi
  • Yarım çay qaşığı saç kremi

Hazırlanma qaydası:

Göstərilən vasitələrin hamısını sprey şüşəsinin içərisində qarışdırın. Sonra qırışan paltarlarınızın üzərinə spreyi sıxın. Bir neçə dəfə paltarı silkələyin. Bu qarışımı istifadə edərkən qırışların anında yox olmasına şahidlik edəcəksiniz.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here