Home GƏL, TANIŞ OLAQ Özünüzü belə sevdirin

Özünüzü belə sevdirin

347
0
SHARE

Elə bir qadın olmaz ki, bu sualları öz-özünə verməsin: “Kişilər necə aşiq olur?”, “Kişilər nə zaman soyuyur?”, “Kişilər qadınlardan nə istəyir?”. Bu suallar içərisində itib-batan qadınlara bir neçə məsləhət var.

Kişi Magazine Ailem.az-a istinadən həmin qadınlara özünü sevdirmək və münasibətini sülh şəraitində davam etdirmək üçün aşağıdakıları məsləhət görür. Özünü sevən, nə istədiyini bilən xanımlar, diqqətli olun.

1. Çox detallara vararaq danışmayın. Unutmayın ki, sevgilinizlə qadın rəfiqəniz arasında çox fərqlər var. Kişilər çox zaman az danışırlar və qarşı tərəfdən də belə olmasını gözləyirlər.

2. İçkiyə meyliniz varsa və içən zaman necə davrandığınızı bilmirsinizsə, üstəlik, sevgilinizi daha yaxşı tanımırsınızsa, onun yanında içməyin.

3. Duyğularınızı çox bəlli etməyin, emosional davranmayın. Özünüzü alçaltmayın. Unutmayın ki, zamanla aranızda olan hörmət itə bilər.

4. Azadlıqlarını əlindən almayın. Əksinə, o azadlığa daxil olun. Fərqli təcrübələr hər ikinizə yaxşı təsir edəcək.

5. Saçlarınız yağlıdırsa, ondan saçlarınızı tumarlayıb, öpməsini gözləməyin. Bunu tələb etməksə ağlınızın ucuna belə gəlməsin.

6. Çox uzun dırnaqlar antipatikdir. Kişilərin çoxu qoyma, süni və uzun dırnaqları soyuq, qeyri-səmimi hesab edir.

7. Yemək bişirə bilmirsinizsə, şansınızı artırmaq üçün mətbəxdə yaradıcılığa başlayın. Bacaraqcaqsınız! Unutmayın ki, kişi ovçudur və qidalanmaq onun işidir. Mətbəxdən uzaq qadınlardan kişilər də bir az uzaq dayanır.

8. Onu dinlədiyinizi və düşündüyünüzü davamlı nümayiş etdirin. Bu hiss sizə olan bağlılığını gücləndirməkdə olduqca faydalıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here