Home KİŞİ NEWS Öpüşməyin daha bir faydası tapıldı – ARAŞDIRMA

Öpüşməyin daha bir faydası tapıldı – ARAŞDIRMA

382
0
SHARE

İngiltərədə aparılan araşdırmaya görə, öpüşmək sadəcə romantika, istəklə bağlı deyilmiş. Kişi Magazine Ailem.az-a istinadən sizə əsl səbəblər barədə məlumat verir.

Belə ki, İngiltərədəki Leeds Universitetində aparılan araşdırmanın nəticəsində öpüşməyin insan sağlamlığı üçün daha bir faydası ortaya çıxıb.

İngilis araşdırmaçılara görə, öpüşmək xüsusilə hamiləlikdə təhlükəli olan bir bakteriyanın kişidən qadına keçməsinə səbəb olur. Tüpürcək içində gizlənən bu bakteriya – stomoqlabinavirus normal dönəmdə ciddi bir problemə səbəb olmur. Ancaq qadınlarda hamiləlik dönəmində təhlükə yaradır. Doğulmamış uşaqların ölümünə, ya da uşaqda karlıq kimi qalıcı problemlərə səbəb olur.

Mikrobun yayılmasına səbəb olan öpüşmə bir yandan da bakteriyalara qarşı immunitet qazandırır. Uzun müddət eyni insanla öpüşdükdə stomoqlabinavirusun yaratdığı təsirlərə qarşı immunitet yaranır.

Öpüşmə müddətini uzadın

Qısa bir öpüş sırasında qadına çox kiçik miqdarda bakteriya keçir. Ancaq öpüşmə uzandıqca qadın orqanizmi bu mikroba qarşı immunitet qazanır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here