Home İDMAN Olimpiadada nadir hadisə: İki ölkəyə qızıl medal verildi

Olimpiadada nadir hadisə: İki ölkəyə qızıl medal verildi

245
0
SHARE
Bobsleigh - Pyeongchang 2018 Winter Olympics - Men's 2-man Finals - Olympic Sliding Centre - Pyeongchang, South Korea - February 19, 2018 - Gold medalists Francesco Friedrich and Thorsten Margis of Germany celebrate with gold medalists Alexander Kopacz and Justin Kripps of Canada during the victory ceremony. REUTERS/Edgar Su

Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında bobsley üzrə kişilərin qoşa mübarizəsinə yekun vurulub.

Kişi Magazine Oxu.Az-a istinadən xəbər verir ki, Olimpiya çempionluğunu iki ölkə əldə edib.

Kanadanı təmsil edən Castin Krips və Aleksander Kopaç, eləcə də, Almaniyadan olan Françesko Fridrix və Torsten Marqis 3 dəqiqə 16,86 saniyə nəticə göstərib. Nəticədə hər iki duet qızıl medal qazanıb.

Bürünc medala isə 3 dəqiqə 16,91 saniyə göstərici ilə Oskar Melbardis – Yanis Strenqa (Latviya) cütlüyü yiyələnib.

Qeyd edək ki, müasir Olimpiada tarixində bobsley yarışlarında bunadək cəmi iki belə hadisə olub.

1998-ci ildə qızıl medalı Kanada və İtaliya idmançıları “bölüşdürüb”.

1968-ci ildə isə İtaliya və Almaniya Federativ Respublikası idmançıları eyni nəticəni göstərib. Lakin həmin vaxt qızıl medal italyanlara verilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here