“Messini keçib bombardir olacam”

“Messini keçib bombardir olacam”

81
0
SHARE

“Real”ın futbolçusu Kriştiano Ronaldo haqda növbəti iddia yayılıb.

Kişi Magazine Qol.az-a istinadən xəbər verir ki,  “Onda Cero” radiosundakı verilişdə bildirilib ki, portuqaliyalı hücumçunun bu mövsüm İspaniya çempionatının bombardiri olacağını söylədiyi bildirilib. Hətta iddia edilib ki, Ronaldo “Barselona”nın oyunçusu Lionel Messini bu göstəricidə geri qoyacağı ilə bağlı mərcə də girib. Əgər o qalib gələrsə, qazanacağı pulu xeyriyyə məqsədi ilə xərcləyəcək.

Qeyd edək ki, L.Messi hazırda La Liqada bombardilər sırasında 12 qolla ilk pillədə qərarlaşıb, Ronaldo isə cəmi 1 qol vurub.