SHARE

“Barselona”nın futbolçusu Lionel Messi İspaniya kuboku tarixinin ən yaxşı 10 bombardiri siyahısına daxil olub.

Kişi Magazine Qol.az-a istinadən verdiyi xəbərə görə, kubokun 1/8 finalında “Selta”ya qarşı cavab matçında (5:0) dubla imza atan argentinalı hücumçu bu turnirdə vurduğu qolların sayını 46-ya yüksəldib. Bununla da o, bombardirlər siyahısında 10-cu pilləyə yüksəlib.

Qeyd edək ki, bu göstəricidə ilk pillədə Telmo Sarra (81 qol) qərarlaşıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here