Home İDMAN Messi 525-ə çatdı

Messi 525-ə çatdı

195
0
SHARE

“Barselona”nın hücumçusu Lionel Messi “Vilyareal”la görüşdə fərqlənib.

Kişi Magazine-nin Qol.az-a istinadən verdiyi xəbərə görə, argentinalı forvard Kataloniya klubunun heyətində vurduğu qolların sayını 525-ə çatdırıb.

Bununla da Leo top-klubda vurulan qol sayına görə Herd Müllerə çatıb. Alman forvard 1965-1979-cu illər aralığında “Bavariya”da forma geyib. Messi isə 2004-cü ildən çıxış etdiyi “Barselona”da 606 oyuna çıxıb.

Qeyd edək ki, bir klubun heyətində ən çox fərqlənən Peledir. Dünya futbolunun əfsanəsi “Santos”da 643 dəfə fəqlənib. Bu siyahıda ikinci yerdə “Slaviya”da (Praqa) 534 qol vurmuş Jozef Bitsandı. Müller və Messi isə 3-4-cü yerləri bölüşdürürlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here