Home İDMAN Messi 300-cü qola imza atıb

Messi 300-cü qola imza atıb

211
0
SHARE

İspaniya çempionatının V turunda “Eybar”la keçirilən qarşılaşma “Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.

“Kishi Magazine” Apasport.az-a istinadən bildirir ki, Kataloniya klubunun 6:1 hesablı qələbəsi ilə yekunlaşan matçda argentinalı oyunçu poker edib. Messinin vurduğu ikinci qol bu vaxta qədər “Nou Kamp”da imza atdığı 300-cü qol olub. Yubileyi rəsmiləşdirən 30 yaşlı hücumçu görüş ərzində daha 2 dəfə fərqlənərək, “Barselona”nın meydanında vurduğu qolların sayını 302-yə çatdırıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandanın formasını geyinir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here