Home KİŞİ NEWS Mark Zukerberq “Facebook”dan Azərbaycana qarşı olan bəzi səhifələri sildi

Mark Zukerberq “Facebook”dan Azərbaycana qarşı olan bəzi səhifələri sildi

145
0
SHARE
“Facebook” sosial şəbəkəsi 270-dən çox səhifə və profili silib.

Kişi Magazine Ölkə.Az-a istinadən xəbər verir ki, silinən səhifə və profillər “İnternet Research Agency”, yəni “İnternet tədqiqatlar agentliyi”nin idarəsi altında olub.

“Bu gün biz dünyada keçirilən seçkiləri qorumaq üçün vacib addım atdıq. Rusiyanın “İnternet Research Agency” təşkilatının idarəsi altında olan 270-dən çox səhifə və profili sildik”, – deyə Mark şəxsi profilində yazıb.

Mark qeyd edib ki, agentlik yalan yolu ilə ABŞ, Avropa və Rusiyadakı insanları manipulasiya etmək istəyib. Onun sözlərinə əsasən, silinən səhifə və profillər Rusiya, Azərbaycan, Özbəkistan və Ukraynada yaşayan rusdilli insanlara qarşı fəaliyyət göstərirmiş.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here