Home KİŞİ NEWS Lopez daha yaxşı münasibət seçməyin yollarından danışır

Lopez daha yaxşı münasibət seçməyin yollarından danışır

739
0
SHARE

3 evlilikdən sonra “Düzgün Sevgi” (“True love”) əsərini yazan Jenifer Lopez daha yaxşı münasibəti necə seçməyin yollarını danışır.

“Sevgi əlçatmazlığı sübut etdi. Mən onu saxlamağa çalışırdım. Əgər mən arzularımın bir çoxunu reallaşdıra bildimsə, bunu niyə edə bilməyim?”. Jenifer bu sözləri keçmiş həyat yoldaşı M. Entoni ilə evliliyinin bitməli olduğunu dərk etdikdən sonra yazıb.

Lakin özünü sevmək və hörmət etməyi öyrəndikdən sonra, o, yenidən romantik birinin axtarışında olduğunu da bildirir.

“Mən artıq özüm haqqında müxtəlif yollarda düşünürəm… kiminləsə rastlaşanda məni cəlb edən onun xüsusiyyətləri olur və mən onunla vaxtımı keçirməyə hazırlaşıram, əmin oluram ki, o düzgün insandır. İlk olaraq isə əmin oluram ki, mən özüm tam insanam. Daha sonra isə biz bir-birimizə xoşbəxtlik verə bilərik”.

Münasibətdə daha çox dəstəyə, sevgiyə və vicdana üstünlük verən Jenifer “Düzgün sevgi” əsərində göstərir ki, Markla nigaha Ben Afflekin onun qəlbini qırmasından sonra daxil olur. Baxmayaraq ki, Benlə yaxın bir neçə gün ərzində evlənməli idilər.

Ben və mən ayrılanda, düşündüm ki, biz bir-birimizdən həmişəlik ayrıldıq. Bu, mənim ilk və həqiqi kədərim idi. Mən hiss edirdim ki, sanki qəlbim bədənimdən ayrılır.

Və mən anlayanda ki, nağıllardakı kimi ailə həyatı qura bilməyəcəm, o zaman mən həqiqətən də nə istədiyimi müəyyənləşdirdim. Bu, Mark idi. Jenifer yazır ki, aşiq olanda özünü əmin etdi ki, o, artıq Marka aid olmalıdır, bu, onların talehidir. Jeylo həyatda yalnız olmaq istəmirdi və o, düşünürdü ki, Mark onun parlaq zirehli qılıncı və nağılının başlanğıcıdır.

Sevgi haqqında isə Jenifer bunları söyləyir: “Mən əvvəlki kimi sevgi haqqında optimistəm. Bəzən bu, işə yaramır və bu, kədərlidir. Amma mən sevgiyə inanıram”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here