Home HƏKİM BABA Kofein insan sağlamlığı üçün vacibdir

Kofein insan sağlamlığı üçün vacibdir

39
0
SHARE
Tea break

Hələ qədim dövrlərdə müxtəlif kimyagərlər uzunömürlülüyün sirrini tapmağa çalışıblar. “Brittanica” ensiklopediyasında yazılana görə, filosoflar uzunömürlülüyün sirri kimi daim “Fəlsəfə daşı” adlandırdıqları naməlum maddənin kəşfi üçün çalışıblar. Lakin buna müfəssəl olmaq mümkün olmayıb.

Bəs görəsən, müasir dövrün alimləri uzunömürlülüyün sirrini aça bilibmi?

Kişi Magazine Oxu.az-a istinadən verdiyi xəbərə görə, Harvard Universitetinin Səhiyyə nəşriyyatı yazır ki, sağlam qidalanma həyat keyfiyyətlərinə əhəmiyyətli dərəcədə təsir edir və uzunömürlülüyə səbəb olur.

Rotterdam Erasmus Universitetinin keçmiş əməkdaşı, professor Ruut Veenhoven isə araşdırmasında göstərilir ki, xoşbəxtlik və qidalanma bir-biri ilə əlaqəlidir. O bildirir ki, müəyyən qidalarla qidalanmaqla özünü xoşbəxt hiss etmək mümükündür.

Araşdırmalara görə, tərkibində kalsium, xrom, maqnezium, omeqa, B6 vitamini, B12 vitamini, D vitamini və kofein olan qidalar insanları gümrah və xoşbəxt hiss etdirir, eyni zamanda, onların sağlamlıqlarına müsbət təsir göstərir.

Bu qidalar içərisində daha çox müzakirələrə səbəb olan isə kofeindir. Bədənə enerji verən əsl şəkər tozu və stimulyator rolu oynayan və 5000 illik tarixi olan kofein müxtəlif qidalarla yanaşı, gündəlik istehlak olunan çay, kofe və enerji içkilərinin tərkibində də var.

“Kofeinin neyroloji təsirləri” adlı araşdırmasında Jasvinder Chawla (Amerika Neyroloji akademiyasının üzvü) bildirir ki, kofeinin qədərində qəbulu insanlara gümrahlıq və rahatlıq bəxş edir. Kofein insan orqanizmində sinir impulslarını zəiflədən və yuxu gətirən adenozin neyrohormonunu məhdudlaşdırır və bu maddənin orqanlarla təmasının qarşısını alır.

Beləliklə, insanlarda halsızlığı azaldır, sayıqlığı isə yüksəldir. Kofein beyindəki bulanıqlığı da aradan qaldıraraq, diqqətin toplanmasına kömək edir. Uzun müddət yolda olan sürücülər, gərgin görüşlər keçirən işçilər və hətta əhəmiyyətli qərar qəbul etmək istəyən bir çox insanlar diqqətlərini cəmləmək üçün tərkibində kofein olan içkilər qəbul edirlər.

Avropa Qida Təhlükəsizliyi Təşkilatının 66.000 insan arasında apardığı araşdırmanın nəticəsində, sağlam orqanizmi olan şəxslər gündəlik 400 mq. kofein qəbul edə bilər. Sağlamlığında müəyyən həssaslıq olan şəxslər isə yalnız həkim məsləhəti ilə bu normanı özləri üçün müəyənləşdirməlidirlər.

Ancaq tərkibində kofein olan içkilər istehsal edən şirkətlər də bu mövzuda böyük məsuliyyət daşıyır. Son dövrlərdə kofein tərkibli qidalarla bağlı əsas müzakirə olunan məhsullardan biri də enerji içkiləridir. Bəs görəsən, gündəlik olaraq iş fəaliyyətini optimallaşdırmaq və gümrah olmaq üçün istifadə olunan enerji içkilərinin istehsalçıları bu məsələ ilə bağlı öz məsuliyyətlərini dərk edirlərmi?

Bu məsələ ilə bağlı Azərbaycan enerji içki bazarında özünəməxsus yer tutan “HELL ENERGY” şirkətinə müraciət etdik. Şirkətdən verilən məlumata əsasən, “HELL ENERGY” lazımi beynəlxalq və yerli qurumların xüsusi keyfiyyət lisenziyalarına sahibdir. Daim insan sağlamlığına çox həssas yanaşdıqlarını qeyd edən şirkət nümayəndəsi, bir qutu “HELL ENERGY” içkisinin tərkibində bir fincan espresso qəhvədə olduğu qədər – 80 mq. kofeinin olduğunu əlavə edir.

“HELL ENERGY”in tərkibində Avropa Qida Təhlükəsizliyi Təşkilatının gündəlik müəyyən etdiyi normada kofeinin olması isə sağlam səhhəti olan istifadəçilərə heç bir mənfi təsirinin olmamasına səbəb olur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here