SHARE

Filmlərin də kitablar kimi baxış bucağımızı dəyişdirən, bizi əyləndirən özəllikləri var. Bəzi filmlər istər mövzusu, istər aktyor və aktrisaları, istərsə də müxtəlif səhnələri ilə izləndikdən uzun müddət sonra belə, yadımızdan çıxmır. “Kişi Magazine” belə filmlər sırasına daxil olan, kişilərin izləməli olduğu 5 filmi təqdim edir.

The Shawshank Redemption (Şouşenkdən qaçış)

Film uğurlu  bankir olan Andy’nin çətin həbsxana şəraitində mübarizəsindən bəhs edir. Həyat yoldaşı və həyat yoldaşının sevgilisini öldürməklə günahlandırılan Andy  ömürlük həbs cəzasına məhkum edilir. Andy bir gün həbsxanadan çıxacağına ümid edir. 1994-cü il istehsalı olan filmin rejissoru Frank Darabontdur. Stephen King romanı əsasında çəkilmiş filmdə Tim Robbins və Morgan Freeman çəkilib.

The Godfather (Xaçatası)

Hər kəsin  izləməli olduğu ən yaxşı filmlərdən biridir. Mafiya filmi olmasına baxmayaraq, ailəyə, qohumlara sədaqət motivlərini özündə əks etdirir. Əfsanəvi serialın ilk filmi 1972-ci ildə ərsəyə gəlib. Baş rollarını Marlon Brando və Al Pacino kimi aktyorlar oynuyub.

Fight Club (Döyüş Klubu)

1999-cu ildə David Fincherin rejissorluğu ilə çəkilən filmdə Brad Pitt və Edward Norton yer alıb.

Scent of a woman (Qadın ətri)

Kollec tələbəsi olan Charlie pula ehtiyacı olduğu üçün  kor adamın yanında baxıcı işləyir. Lakin o başına gələcəklərdən xəbərsizdir.  Təqaüdçü Albay Frank Slate həftə sonu üçün xüsusi bir plan hazırlayır. Bu plana səyahət, şərab, tanqo, limuzin və s. daxildir. Ən pisi də budur ki, o bu planı həyata keçirmək istəyərkən baxıcı qızı yanından ayırmaq niyyətində deyil. 1992-ci ildə istehsal olunan filmdə Al Pacino və Chris O’Donnel iştirak edir.

Forrest Gump (Forrest Qamp)

Film İQ səviyyəsi aşağı olan Forrest Qampın həyatından bəhs edir. O təsadüfən Vyetnam müharibəsinə və Amerikanın mühüm hadisələrinə şahidlik edərək istəmədən də olsa, hadisələrdə yer alır. Onun bilmədən etdiklərinin əhəmiyyətli nəticələrindən isə xəbəri yoxdur. Əyləncəli və maraqlı bu film 1994-cü ildə çəkilib. Filmdə Forrest Qamp obrazını Tom Hanks canlandırır.

 

Mənbə:  Erkekisi.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here