Home GƏL, TANIŞ OLAQ Kişilərin düzgün bədən ölçüsü neçədir?

Kişilərin düzgün bədən ölçüsü neçədir?

230
0
SHARE

Əksər kişilər 90-60-90 bədən ölçüsünə sahib qadınları daha çox bəyənir. Sevgililərinin kilolarının çox olduğunu söyləməkdən də çəkinməzlər. Qadınlar üçün vəziyyət belə olduqda, bəs kişilərin düzgün bədən ölçüsü neçədir?

Kişilər qadınlar qədər çəki sindromuna girməsə də, bugünkü günümüzdə kişilərin də ideal bədən ölçülərinə sahib olmaq istəyi az deyil.

Alimlərin araşdırmalarına görə, qadınların ideal hesab etdiyi kişilərin bədən quruluşunun 5 kq çox ya da az olmasının əhəmiyyəti yoxdur. Əgər qarın əzələləriniz varsa, çox zəif deyilsinizsə, bədən ölçüləriniz ideal sayıla bilər.

Kişilər ideal bədən ölçülərini əldə etmək üçün idmanı adət halına gətirməli, yemək, su, qidalanma kimi təbii ehtiyac halına çevirməyi vacib bilməlidir. Həftədə bir-iki gün idman etməklə nəinki bədən quruluşu əldə etmək, hətta sağlamlıq baxımından faydası da yoxdur. Lakin unutmaq olmaz ki, düzgün bədən ölçülərinə malik olmaq üçün riayyət edilməli qanunlar var. Unutmaq olmaz ki, boy və çəki ölçüləri üst-üstə düşməlidir. Məsələn, 1.78 sm boy ölçüsündə 78 kq ideal hesab olunur. Bundan nə az, nə də çox olmamalıdır.

  1. İdmana başlamazdan ən az 1 saat əvvəl yemək yemək olmaz. Yox əgər çox acsınızsa, bir ədəd banan yaxud alma məsləhətlidir.
  2. Məşq proqramınıza sadiq qalın. Tətbiq etdiyiniz proqram sizə uyğundur, artıq əskikliyi yoxdur.
  3. Proqramınızı ağırlaşdırın. Gün ərzində daha çox qaçış və məşqə üstünlük verin.
  4. Daha çox qrup halında çalışın. Bu, həm də motivasiyanızı artıra bilər.
  5. Qol və qarın əzələləri üzərində işləyin.
  6. Məşq zamanı tələsiklikdən və eyni zamanda uzun fasilədən qaçın
  7. Məşqin sonunda tez duş qəbul etməyə çalışmayın.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here