SHARE

Araşdırmalar göstərir ki, insanlar ətir qoxusunu heç vaxt unutmurlar, ya da unutmaq üçün uzun vaxt keçməlidir. Beynimizin qoxunu hiss edə bilən hissəsi daha çox inkişaf edərək, sürətli  qərar verməyimizə təsir edir. Buna görə də, insanlar ətir istifadə edərək uzun müddət yadda qalmaq istəyirlər. Bəs görəsən, bu doğrudurmu? “Kişi Magazine” suala cavab tapmağınız üçün bu yazını təqdim edir.

Kimsə pis qoxan birinin yanında durmaq istəməz. Buna görə də, ətrafınızdakıların yanınızdan qaçmaması üçün ətriniz onları narahat etməməlidir. Xüsusilə də, qadınların qoxunu hissetmə qabiliyyəti kişilərə görə çox yüksəkdir. Haradasa, qadınların hiss etmədiyi qoxu yoxdur. Bunun kişilər üçün daha pis cəhəti ondan ibarətdir  ki, qadınlar pis qoxunu heç vaxt unutmurlar. Bu o deməkdir ki, əgər bir qadın ilk tanış olduğunuzda qoxunuzu bəyənməsə, onun yanına dost kimi belə yaxınlaşmayın.

Görəsən, qadınların bu barədə fikirləri necədir?

Qadınların əksəriyyəti kişilərə parfüm yaraşdırmır. Onların fikrincə, özəl baxımına diqqət edən kişinin pis qoxması mümkün deyil. Buna görə də, onlar kişilərin ətirə ehtiyacı olmadığını düşünürlər.

Sabun qoxusu kişilərə daha çox yaraşır

Qadınların kişilərdə ən çox hiss etmək istədikləri qoxu isə sabun qoxusudur. Hələ ki, belə bir ətir mövcud deyil. Burdan yenə də o nəticəyə gəlirik ki, qadınlar günlük təmizliyi nəzərdə tuturlar.

Kişilər xüsusi günlərdə ətirdən istifadə etməlidir. Yenə də, qadınların əksəriyyəti kişilərin ətrinin olmasının, lakin bu ətirdən sadəcə özəl günlərdə istifadə olunmasının tərəfdarıdır. Xüsusi dəvətlərdə, ad günü şənliklərində və ya evlilik  ildönümündə kişi ətir istifadə etməlidir. Bütün bunlara baxmayaraq, kişilərin hər gün ətir istifadə etməsini istəyən qadınlar da az deyil.

Əvvəlcə təmizlik, sonra ətir

Bəzi kişilərin təmizliyə önəm vermədən ətir istifadə edirlər. Təmizliyinə diqqət etməyən birinin istifadə etdiyi ətir yaxşı deyil, əksinə pis qoxmasına səbəb olacaq. Özəl təmizlik dediyimzdə hər gün duş qəbul etməyi, dişləri fırçalamağı və s. nəzərdə tuturuq.

Bunlara baxmayaraq, ətir istifadə etmək məcburiyyətində deyilsiniz. Gündəlik təmizliyinizə riayət etməklə hər hansı ətirli duş geli və ya təraş köpüyü köməyinizə çatar.

Mənbə: Erkekse.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here