SHARE

Bilirsinizmi kişilər qadınlarda hansı xüsusiyyətləri bəyənmir? Özünü kişilərə sevdirmək istəyən xanımlar bu davranışlardan uzaq durmalıdırlar. “Kişi Magazine” Ailem.az-a istinadən kişilərin xoşlamadığı qadın davranışları ilə bağlı ümumi anlayışları təqdim edir.

Maddiyyata çox əhəmiyyət vermək

Bu tip, kişilərin ən çox uzaq durmaq istədiyi qadınlardır. “Varlı kişi ovçusu” damğası alarsınız. Sırf kişilərdən müxtəlif faydalar əldə etmək üçün onlarla birlikdə olduğunuzu düşünəcəklər.

Həddindən çox alış-veriş

Saatlarla sürən alış-verişlərinizə son verin. Sadəcə kişilər deyil, elə hər kəs sadəcə bir köynək qarşısında saatlarla düşünməyinizdən xoşlanmaz. Dəyərli vaxtınızı geyim kimi çox əhəmiyyəti olmayan parçalara ayırmayın, vaxtınızı daha səmərəli keçirin.

Uşaq kimi davranmaq

Körpə kimi danışmaq və uşaq kimi davranmaq, mızıldamaq 5 yaşınızda qaldı. Artıq böyüdüyünüzü və öz ayaqlarınız üzərində müstəqil dura bildiyinizi göstərməlisiniz. Bu, sizi güclü və cazibədar edər.

Çox makiyaj və bəzənmək

Parıldayan dodaqlarınızı cazibədar hesab edirsinizsə, yanılırsınız. Bu, kişilərdə son dərəcə ikrah hissi yaradır və dodaqlarınız yapış-yapış görünür. Təbiilikdən uzaq tonal krem və pomadanızla çox zövqsüz və itələyici görünürsünüz.

Söyüşlə danışmaq

Özünüzü ətrafa qarşı söyüşlə danışaraq sübut edə bilməzsiniz. Sevdiyiniz insanla dolaylı yollarla danışıb, iynələyici sözlər işlətmək yerinə, narahat olduğunuz mövzunu birbaşa söyləməyiniz daha məntiqlidir. Söyüş söymək bir məharət deyil. Daha sakit olun. Kişilər söyüş söyən qadınları sevmir.

Digər insanları saymamaq və təhqir etmək

Siz heç kimdən daha üstün deyilsiniz. Daha mədəni olun. İnsanlara kömək edin. Mənəviyyatınız üçün də çox əhəmiyyətli olan bu davranışlar kişilər tərəfindən daha cazibədar görünür.

Çox bağlı olmaq

Münasibətinizə və sevdiyiniz şəxsə qarşı sədaqətinizlə bağlılığı qarışdırmayın. Həddən artıq bağlılıq bir xəstəlikdir. Sırf o şəxsə alışdığınız və onsuz özünüzü gücsüz hiss etdiyiniz üçün onunla birlikdə olmayın. Bu, bir növ yalan söyləməkdir və kişilər yalançı qadınlardan da xoşlanmaz.

Dedi-qodu etmək

Başqalarının arxasınca danışmaq çox ayıbdır. Özünüzə hörmətinizi də itirmənizə səbəb olan bu davranış, kişilərdə ikrah yaradır. Həqiqətdən uzaq, başqalarını gözü götürməmək kimi pis bir xasiyyətə sahib, həm də ətrafınıza zərər vermiş və yalan söyləmiş insan kimi tanınarsız. Kişilər dedi-qodu edən qadınlardan xoşlanmır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here