SHARE

Kişilərlə qadınlar ünsiyyət qurarkən işlətdikləri eyni cümlələr hər iki tərəf üçün fərqli mənalar ifadə edir. Bu cümlələrin çox mürəkkəb olması, ya da dərin məna ifadə etməsi vacib deyil. Çox bəsit cümlələr belə, qadın və kişi arasındakı fərqin nə qədər böyük olduğunu göstərməyə imkan verir.

“Kişi Magazine” qadın və kişilər arasındakı kəskin fərqin olduğunu  göstərən 5 cümləni təqdim edir.

Danışa bilərikmi?

Bizim üçün bu cümlə bir problemin olduğuna işarədir.

Qadınlar üçün isə danışmaq sadəcə ünsiyyət qurmaq anlamına gəlir və onlar bu vəziyyətdə çox həvəsli olurlar. Onlar üçün nə danışacağınız önəmli deyil.  Sadəcə danışın.

Məni dinləmirsən

Biz kişilər dinləyərkən, ümumiyyətlə, sükutla və minimum mimika ilə qarşımızdakı insana  siqnal göndəririk.

Qadınlar isə dinlərkən “Çox təəccübləndim, xəbərim yox idi” kimi cümlələrdən, mimika və jestlərdən çox istifadə edirlər. Bizi özləri kimi düşündükləri üçün onlar kimi davranmamağımız onları dinləmədiyimiz anlamına gəlir. Və bu münasibətlərdə problemə aparır.

Birlikdə edək

Biz ümumiyyətlə hər hansı bir mövzuda birgə iş görməyə zəiflik kimi baxırıq. Özümüzü məğlub olmuş hiss edərik.

Qadınlar isə komanda şəklində işləməyi çox sevir və bu vəziyyəti məğlubiyyət kimi anlamazlar. Əksinə, məlumatlı olmadığı mövzuda tanımadığı bir insanla belə, rahatlıqla işləyə bilirlər.

Sakitləşdikdən sonra danışaq

Biz kişilər bu vəziyyəti həqiqətən də sakitləşmək üçün dəyərləndirərik. Səssiz qalmaq bizim üçün problem deyil və hətta hər hansı problem üzərində düşünməyimiz üçün vacibdir.

Qadınlar bunu cəza və vəziyyəti “heç kim məni cəzalandıra bilməz” kimi qəbul edirlər. Onlar, adətən, bizim  susmağımızı sabotaj etməyə çalışırlar. Onlara görə, biz bu vəziyyəti heç vaxt anlamırıq.

Sonra mübahisə edək

Bu kişilər üçün neytral bir ifadədir. Başqa sözlə, xoşagəlməz vəziyyət yoxdur. Mövzunun həmin anda müzakirə edilməməsinin zəruri olduğunu başa düşürük.

Qadınlar üçün isə bu bir fəlakətdir. Bu ifadəni başqalarının yanında işlətməyimizi özlərinə təhqir sayırlar. Belə olduqda, mübahisə etməyə başlayırlar.

Mənbə: Bayefendi.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here