Home KİŞİ NEWS İvanovka kənd tam orta məktəbində “İdman Festivalı ” keçirilib

İvanovka kənd tam orta məktəbində “İdman Festivalı ” keçirilib

106
0
SHARE

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə İsmayıllı rayonunun Heydər Əliyev adına  İvanovka kənd tam orta məktəbində “İdman Festivalı ” keçirilib.  Festival 2 Fevral Azərbaycan Gənclər gününə həsr edilib.

TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə TOPs proqramı üzrə təlimlər həyata keçirilib.  Bu metodologiya şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaradır.

İsmayıllı rayonunun İvanovka kənd tam orta məktəbində keçirilən İdman Festivalında 5-6-7-8 sinif şagirdlərindən 100 nəfər iştirak etmişdir . “İdman Festivalında” şagirdlər müxtəlif idman fəaliyyətlərindən ibarət olan estafetlərdə öz bacarıqlarını nümayiş etdirmiş  və musiqili əyləncəli proqramlarla çıxış etmişlər. Festivalda uşaqların çıxışlarını İsmayilli rayon Təhsil Şöbəsinin məsul işçiləri, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.

İdman festivalında dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, TOPs layihəsinin bölgələrdə də uğurla tətbiq olunduğunu görməkdən məmnundurlar:

“Biz çox çalışırıq ki, fiziki tərbiyə dərslərində Böyük Britaniya təcrübəsinə əsaslanan müasir təhsil texnologiyalarını Azərbaycanın bütün məktəblərinə ötürə bilək. İsmayıllıda təşkil olunan bu İdman Festivalı göstərdi ki, belə tədbirlər həm fiziki tərbiyə dərslərinə olan münasibəti, həm də onların erkən yaşlarından idmana bağlılığını daha da artırır. Belə tədbirlərdə şagirdlərin valideynlərinin də iştirak etməsi özü də müsbət haldır  ”.

Festivalda qalib və mükafatçılara Diplom və Kuboklar təqdim edilib.

“Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019 tədris ilində TOPs proqramına əlavə olaraq 100 ümumtəhsil məktəbi qoşularaq Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250-yə çatdırılmışdır. Cari tədris ilində TOPs layihəsinə yeni cəlb olunan ümumi təhsil müəssisələrindən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulmuşdur. Müasir təhsil texnologiyasının tətbiqi ilə həyata keçirilən fiziki tərbiyə fənlərindən 100,000 nəfərə yaxın şagirdin faydalanması gözlənilir.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here