Home Biznes Klass İşləmək üçün ən yaxşı ölkələr açıqlandı

İşləmək üçün ən yaxşı ölkələr açıqlandı

56
0
SHARE

Sinqapur yaşamaq və işləmək üçün ən yaxşı ölkə olub.

Kişi Magazine Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı “Expat Explorer”in illik sorğusunda məlumat verilib.

Gəlirin səviyyəsinə görə Sinqapur yalnız beşinci yeri tutub. Orada orta illik əməkhaqqı 162,2 min dollar təşkil edib. Ən çox qazanc əldə edilən ölkə isə İsveçdir. Burada orta illik gəlir 202 min dollardır. Onu ABŞ (185,1 min dollar), Honkonq (178,7 min dollar) və Çin (172,7 min dollar) izləyir.

Gəlirlərin səviyyəsinin və həyat səviyyəsinin nisbətinə görə Sinqapurdan sonra Yeni Zelandiya, Almaniya və Kanada gəlir. İsveç bu siyahıda səkkizinci yeri tutur.

İsveç gender bərabərliyinə görə siyahıda lider olub. Onu Yeni Zelandiya, Tailand və İspaniya izləyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here