SHARE

İnstagram Story bundan sonra daha interaktiv bir platforma olacaq. Bu platforma istifadəçilərinə əvvəllər yalnız DM-dən istifadə etməyə imkan verirdi. Lakin indi İnstagram Story-nin  izləyicilərin cavab verə biləcəyi bir anket xüsusiyyəti var. Beləliklə, istifadəçilər öz dostları və izləyiciləri ilə daha asanlıqla ünsiyyət qura biləcəklər.

Hekayələrdə sorğu xüsusiyyətindən istifadə etmək və izləyicilərinizdən cavab almaq üçün aşağıdakı addımları edə bilərsiniz: “Kişi Magazine” sözügedən addımları təqdim edir.

  • Hekayəyə əlavə etmək üçün bir fotoşəkil  və ya video çəkdikdən sonra istədiyiniz anketi  seçin və onu görüntü üzərində yerləşdirin. Daha sonra istədiyiniz sualları yazıb, uyğun cavab variantlarını daxil edin.
  • Hekayələrdə soruşduqdan sonra, izləyiciləriniz dərhal səs verməyə başlayacaq və nəticələrini həmin anda görə biləcəklər. Beləcə, onlar sualı cavabladıqdan sonra hansı nəticənin daha öndə olduğunu öyrənə biləcəklər.
  • Sorğunun nəticələrini real vaxtda görmək üçün sadəcə, izləyicilərin siyahısını yuxarı çəkib açın. Bu siyahıda yalnız hansı cavab variantına nə qədər səs verildiyini deyil, həm də kimlərin hansı varianta səs verdiklərini də görə bilərsiniz.

Bu ilk interaktiv yenilik İnstagramın gənc auditoriya ilə əlaqələrini gücləndirib gənclər üçün nəzərdə tutulan platforma olma yolunda atdığı ilk önəmli addımdır.

Mənbə: Pazarlamasyon.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here