İlin ən yaxşı qolu üçün verilən Ferens Puşkaş mükafatına son 3 namizədin adı müəyyənləşib.
Kişi Magazine-nin Qol.az-a istinadən yaydığı xəbərə görə, bunlar Olivye Jiru (“Arsenal”), Deyna Kastelyanos ( Venesuela U-17 qadın millisi) və Oskarine Masupukedır (“Baroka”).
Qeyd edək ki, ən yaxşı qolun müəllifi FİFA-nın rəsmi saytında keçirilən səsvermənin nəticəsinə əsasən, müəyyənləşəcək. Qalibin adı oktyabrın 23-ü Londonda keçiriləcək mərasimdə açıqlanacaq.