SHARE

Hər mövsüm yeni geyim almağa imkanınız yoxdur? Olan paltarlarınız isə köhnə və yararsız görünür? Kənara atıb, əlavə məsrəf etməyə ehtiyac yoxdur əslində. Köhnə geyimlərinizin yeni kimi görünməsinə nail ola bilərsiniz. Bunun üçün məsləhətlərimizdən yararlanın.

Boşalmış jaketlərinizi geyinmədən 3-4 saat əvvəl dondurucuya qoyun, donu açıldıqdan sonra özünə gəldiyini görəcəksiniz. Eyni üsulu cins şalvarlar üçün də edə bilərsiniz.

Dəri ayaqqabılarınızı parıldatmaq üçün şüşə siləndən istifadə edin. Bu, onları daha yeni göstərəcək.

Dəri ayaqqabılarınızda olan ləkələrdən sirkə və diş fırçasının yardımı ilə qurtula bilərsiniz.

Dəri ayaqqabınızı parıldadacaq boya yoxdursa, üzülməyin. Bir parça və nəmləndirici ilə ayaqqabılarınızı parıltılı edəcəksiniz.

Eynəklərinizin kənar dəmirləri boşalmadan əvvəl həmin bölgələrə şəffaf dırnaq boyası vurun.

Şəffaf dırnaq boyası ilə düymələrinizin düşməsini də əngəlləyə bilərsiniz.

Həm qoxusu, həm də təri getsin deyə günün sonunda idman ayaqqabınızın içinə bir çimdik soda tökün.

Dəri ayaqqabılarda sürtünmə nəticəsində yaranan cızıqları vazelin və qulaq çöpü ilə yox edə bilərsiniz.

Yuma prosesində geyimlərinizin rəngi getməsin deyə onları tərs üzünə yuyun.

Paltaryuyan maşına atacağınız bir çimdik duz da geyimlərinizin rənglərini qorumaq üçün istifadə edə biləcəyiniz digər üsuldur.

ailem.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here