Həftəsonunu dadlı edin

Həftəsonunu dadlı edin

81
0
SHARE

Həftəsonu kiçik sürprizlərlə həyat yoldaşınızı sevindirməyə nə deyirsiniz? Elə isə mətbəxə keçərək ona dadlı səhər yeməyi hazırlayın. “Kişi Magazine” bu işdə sizə kömək edəcək.

Sizə lazım olan ləvazimatlar:

  • 12 yumurta
  • 1 ədəd doğranmış soğan
  • 1 ədəd doğranmış yaşıl bibər
  • 2 ədəd doğranmış pomidor (qabığı mütləq təmizlənməlidir)
  • 2 ədəd doğranmış qabaq (kabaçok)
  • 1/2 fincan ağ pendir
  • 1 bardaq süd
  • Zövqə görə duz, istiot

Hazırlanma qaydası:  Soğanı yağlı qabda təxminən 3 dəqiqə qovurduqdan sonra kabaçoku əlavə edərək daha 1 dəqiqə saxlayın. Yumurtaları ayrıca qabda yaxşıca çırpdıqdan sonra qovrulmuş soğan və kabaçok da daxil olmaqla, digər ləvazimatları da qatıb qarışdırın. Alınan qarışımı öncədən 400 dərəcə temperaturda qızdırılmış qaba tökərək 30 dəqiqə bişirin. Təxminən 10 dəqiqə soyuduqdan sonra doğrayıb süfrəyə verə bilərsiniz.

Xoş həftəsonu! Nuş olsun!