SHARE

Yeni bir araşdırmaya görə, həftədə 39 saatdan çox işləmək insan sağlamlığına zərərdir.

Avstraliya Universitetinin professorları beynəlxalq platformalarda qəbul edilən həftəlik 48 saatlıq iş saatının aşağı salınması üçün müraciət ediblər. Universitet professorları 8 minədək  işçinin həyatını araşdıraraq bu nəticəyə gəliblər.

“Kişi Magazine”in Bizplus.az-a istinadən verdiyi məlumata görə, Avstraliyadakı işçilərin üçdə ikisinin həftədə 40 saatdan çox işlədiyini vurğulayan araşdırmaçılar, bu müddətin insanların fiziki və ağıl sağlamlığına zərər verə biləcəyini bildirirlər. Daimi yemək vərdişinin və sərbəst zamanın azalmasına görə, sağlamlıqlarının pozula biləcəyini söyləyən araşdırmanın başçısı, Dr. Huong Dinh hazırlanan araşdırmada ümumi həftəlik iş limitinin 39 saat olması lazım olduğunu vurğulayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here