Home HƏKİM BABA Həddindən çox tərləyənlərin diqqətinə

Həddindən çox tərləyənlərin diqqətinə

379
0
SHARE

Bir çox şəxslərdə mütəmadi olaraq tərləmə problemi olur. Tər ifrazı ən vacib funksiyalardan biri olub orqanizmdən toksinlərin xaric olunmasına və bədən temperaturunun stabil saxlanılmasına yönəlib. Lakin bəzi hallarda havanın hərarəti yüksək olmayanda da tər ifrazı artır. Fəslindən asılı olmayaraq, əllərinin içi, ayaqlar, qolların altı daim tərləyir. Tibdə həmin hal hiperhidroz adlanır. Kişi Magazine Ailem.az-a istinadən problemin yaranma səbəbləri ilə bağlı türkiyəli həkim Erdal Okurun fikirlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, hiperhidroz aşırı dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlikdir. Xəstələr qoltuqaltı, ovuc və pəncə nahiyələrinin, bəzən də ümumilikdə bədənin daim səbəbsiz olaraq tərləməsindən şikayətlənir. Əl və ayaqlar həmişə nəm olur. Xüsusən də xoşagəlməz qoxulu tər ifrazı, yəni osmidroz xəstələrin sosial həyatını çətinləşdirir. Bunun səbəbi bakteriya və göbələklərin nəm dəri üzərində daha tez aktivləşməsidir. Tərin təsiri nəticəsində xəstələrin dərisində bişməcə və dermatitlər yarana bilir: “Həddindən çox tərləmə bütün bədəndə və ya lokal olaraq görülə bilir. Əgər ümumiyyətlə, həddindən çox tərləmə varsa, altında yatan səbəb adətən metabolik, hormonal xəstəlik, yaxud istifadə edilən dərmanlar ola bilər. Əl, ovuc içi, qoltuqaltı, üz ilə ayaqlarda yaranan aşırı tərləmənin altında isə adətən hər hansı bir səbəb olmur. Ancaq bütün bədəndə olan tərləmənin infeksiya, ürək xəstəliklərindən ağciyər problemlərinə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər. Ona görə də belə probleminiz olanda əvvəlcə həkimə müraciət etməlisiniz ki, altında yatan səbəb müəyyən olunsun”.

Həkim bildirir ki, klassik dərman müalicələri, bəzi həblər və kremlər müəyyən zaman problemi aradan qaldıra bilər: “Amma lazımi effekti verməməsi həmin üsulların o qədər də yayılmasına səbəb olmur. Daha qalıcı və təsirli müalicə üçün son illər botoks tətbiq olunur. Həddindən çox tərləyən əl və qoltuq altı nahiyələrə gedən simpatik sinirlər blok edilir və tərləmə kəsilir. Bu, təsirli üsul olsa da, qalıcı deyil. İldə 2-3 dəfə təkrar tətbiq olunmalıdır”.

E. Okurun sözlərinə görə, bu problemin aradan qalxması üçün ən təsirli yol cərrahi üsuldur: “Endoskopik Torakal Simpatektomiya (ETS) adı verilən və ümumi anesteziya altında aparılan bu əməliyyat hər iki qoltuqaltında 1 sm-lik kiçik kəsimlərdə həyata keçirilir. Video-endoskopla girilərək, sinə boşluğu içində, qol və qoltuqaltındakı tər vəzilərini xəbərdar edən sinirlər kəsilir və ya klipslə əzilərək bloklanır. Ümumi 1 saatdan artıq sürən bu əməliyyat zamanı və sonra xəstə heç bir ağrı hiss etmir”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here