SHARE

“Google” şirkətinin “DeepMind” bölməsinin proqramçıları xəstənin vəziyyətindəki dəyişiklikləri, o cümlədən mümkün ölüm halını qabaqcadan müəyyənləşdirəcək süni zəkanın yaradılması üzərində çalışırlar.

Kişi Magazine İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

Proqramçılar bu işlə bağlı ABŞ-ın Veteranların işi üzrə nazirliyi ilə əməkdaşlığa başlayıblar. Nəticədə neyroşəbəkə 700 minə yaxın keçmiş hərbçinin xəstəlik tarixçəsini əldə edib. Mütəxəssislərin başlıca vəzifələrindən biri kəskin böyrək çatışmazlığı və ya pnevmoniya kimi xəstəliklərin üzə çıxarılması olacaq.

Son nəticədə “DeepMind”ın yeniliyi tibb bacılarının xəstələrə düzgün qulluq etməsinə və həkim səhvlərini azaltmağa imkan verəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here