Home KİŞİ NEWS Gəncədə qadınların işgüzar inkişafı təlimləri start götürüb

Gəncədə qadınların işgüzar inkişafı təlimləri start götürüb

387
0
SHARE

Fevral ayının 4-də  Gəncə şəhərində ASAN Könüllüləri və Coca-Cola Fondunun birgə təşkilatçılığı ilə ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM – W  layihəsinin təimləri start götürüb.

Qadınların işgüzar inkişaf platforması olan AIM – W layihəsinin məqsədi Azərbaycanda  qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, AIM-W 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli də Gəncədə təşkil edilən təlimin ilk gününün aktiv və səmərəli keçdiyini vurğulayıb. O bildirib ki, bugünkü təlimdə 200-ə yaxın qadın iştirak edib:

“Gəncə tarix boyunca Azərbaycanın fəal şəhərlərindən olub. Bu, heç dəyişməyib. Bu şəhərdə daim qadınlar da kişilərlə birgə çalışıb, səy göstərib, daha yaxşı Azərbaycan uğrunda yaşayıblar. Bu gün də təlimlərdə iştirak edən qadınların hər biri əzmkarlığı, istəyi və səyi ilə yadda qaldı. Təlimlərimiz hələ bir neçə gün davam edəcək. İnanıram ki, təlimin sonunda Gəncədə yaşayan qadınların sahibkarlıq fəaliyyəti üçün layihələri hazır oalcaq və yaxın aylarda onların reallaşmasını görəcəyik”.

Layihəyə dəvət olunan beynəlxalq təlimçi Soner Şahan da Gəncə təliminin ilk günündən bol təəssüratla ayrıldığını və buradakı qadınların gələcəkdə çox yaxşı işlər görəcəyinə inandığını bildirib:

“Bu təlimdə mən anladım ki, Azərbaycanın harasına getsək, belə çalışqan və həvəsli qadınlarla qarşılaşacağıq. Onlar sahibkar olmaqdan çəkinmir, qarşılaşacaqları istənilən çətinliyi aşmağa hazırdırlar. Proqramda nəzərdə tutulan kimi bu gün ideyaları dinlədik. İçlərində yararlı, hətta bizi təccübləndirən fikirlər vardı. Hər biri üzərində yaxın günlərdə çalışacağıq”.

Layihə Gəncə ilə yanaşı, Quba, Mingəçevir, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonlarını da əhatə edir.

Qeyd edək ki, 2017-ci ildən etibarən ASAN könüllüləri və Coca-Cola Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdə yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın uğurlu gələcək layihəsi” icra etmişdir. Layihə çərçivəsində bu ərazilərdə yaşayan 312 nəfər qadın və qızlar turizm sahibkarlığı mövzsunda təlimlərə qoşulmuşdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here