SHARE

Bu gün keçiriləcək “Qarabağ”-“Roma” həyəcanını dadlandırmaq istəyirsiniz? Elə isə, “Kişi Magazine”in təqdim etdiyi bu resepti oxuyun. Bu şirniyyatı hazırlamaq futbol həyəcanınıza ayrı bir dad qatacaq. Çox qısa vaxt ərzində hazırlaya biləcəyiniz desert üçün lazım olan ləvazimatlar:

  • Banan
  • Bal
  • Lavaş
  • Yerfıstığı yağı(peanut butter) Bu məhsulu istənilən supermarketdən əldə edə bilərsiniz.

Hazırlanma qaydası: Əvvəlcə bərabər miqdarda yerfıstığı yağı və balı qarışdırın. Sonra alınan bu qarışımı lavaşın üzərinə çəkin. 1 ədəd bananı nazik halqalar şəklində qarışım əlavə edilmiş lavaşın üzərinə düzərək rulet şəklinə salın. Beləcə, desertiniz hazırdır. Nuş olsun!

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here