Home AVTO “Ford” cərimələndi

“Ford” cərimələndi

110
0
SHARE

Tailand məhkəməsi Amerika Birləşmiş Ştatlarının avtomobil istehalçısı “Ford”u cərimələyib. Kişi Magazine Avtosfer.az-a istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, şirkət 291 müştəriyə, ümumilikdə, 720 min ABŞ dolları cərimə ödəməlidir. Müştərilər satın aldıqları “Ford” avtomobillərində transmissiya qüsurlarının olması ilə bağlı məhkəməyə müraciət etmişdilər. Tailand rəsmiləri qüsurlu avtomobillərin geri çağırılması üçün “Ford”a müraciət edib və 18.5 milyon dollar məbləğində kompensasiya tələb edib. Qeyd edək ki, eyni zamanda, ABŞ və Kanadada da istehlakçıların hüquq müdafiəçiləri “Ford”dan şikayət ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here