Zamanla dünyada elə hadisələr baş verir ki, heyrətlənməmək mümkün olmur. Yaxud elə adətlər eşidirsən ki, təəccüblənməyə bilmirsən. Kişi Magazine Ailem.az-a istinadən bilmədiyiniz maraqlı faktları diqqətinizə çatdırır.
– Bir saat boyunca başınızı divara vuraraq, 150 kalori yandıra bilərsiniz.
– Pteronofobiya tük ilə qıdıqlanma qorxusudur.
– “Facebook asılığı” psixoloqlar tərəfindən diaqnozu qoyulan bir zehni xəstəlikdir.
– Bir qadın 5 il ərzində təxminən öz boyu qədər dodaq boyası istifadə edir.
– Bir kenqurunun quyruğunu yerdən qaldırdıqda sıçraya bilmir.
– Kral VIII Henry yanında böyük bir balta ilə yatarmış.
– Ürəktutmalar adətən bazar ertəsi baş verir.
– Eyni anda həm xoruldaya, həm də yuxu görə bilməzsiniz.
– Ərəb qadınları həyat yoldaşları qəhvə hazırlamadıqda boşanmaq istəməkdə azaddırlar.
– Çində facebook, skype və twitter istifadə etmək qadağandır.
– İnsanların 95 faizi üz-üzə ikən əsla söyləyə bilməyəcəkləri şeyləri mesaj yazaraq bildirir.
– “Titanic” SOS siqnalını istifadə edən ilk gəmi olub.
– Fransız dilində “təslim olma” anlamına gələn 17 fərqli söz var.
– Diş pastası “Colgate” ispan dilində “get özünü as” mənasına uyğun gəlir.
– Dəniz quldurları inanırlar ki, sırğa daha yaxşı görməni təmin edir.