SHARE

Cəfəri ən faydalı göyərtilərdən biridir. Onu özünüz də asanlıqla yetişdirə bilərsiniz. Kişi Magazine Ailem.az-a istinadən cəfəri əkməyin qaydalarını göstərir.

Cəfəri necə torpaqda yetişir?

Cəfərinin kökləri yaxşı havalanan, yumşaq torpaqda daha yaxşı inkişaf edir. Buna görə də torpağınızın bir qismi torf, digər qismi isə qidalandırıcı torpaq olmalıdır.

Cəfəri nə zaman əkilir?

Cəfərilər ilk cücərmə ərəfəsində orta temperaturu sevirlər. Buna görə noyabr, dekabr kimi soyuq aylarda əkilməməlidir. Ən uyğun zamanlar: mart ayının sonu, aprel ayı olmalıdır.

Cəfəri necə əkilir?

Evdə dibçəkdə cəfəri əkmək istəyirsinizsə, əvvəlcə istifadə edəcəyiniz torpağı zərərli həşəratlardan, daş və otlardan təmizləməlisiniz. Cəfəri toxumlarını dibçəyin hər tərəfinə bərabər şəkildə səpin və sonra toxumların üzərini çox xəfif örtəcək qədər torpaq əlavə edin. Bu torpağı əlinizlə yüngülcə aşağı basın. Ardından da torpaq nəmlənənə qədər yavaşca su çiləyin.

Cəfəri torpaqdan neçə günə çıxır?

Cəfəri toxumlarının cücərməsi 3-4 həftəyə başa gəlir.

Cəfəri necə sulanır?

Dibçəkdəki torpaq nəmini itirdikdə günəş olmayan səhər saatlarında sulanmalıdır.

Cəfəri necə yığılır?

Cəfəri yığarkən, bıçaq, ya da qayçı vasitəsilə gövdələrindən kəsməlisiniz. Yəni nə çox dibdən, nə də çox yarpaq qismindən olmalıdır.

Cəfəri neçə müddətə yığılmalıdır?

Cəfərilərin hər 10 gündən bir yığılması vacibdir. Əks təqdirdə qartlaşaraq, özünə məxsus ətrini və qoxusunu itirəcək.

Cəfəri hansı mühiti sevir?

Cəfəri 20 dərəcə və yüksək nəmli şəraiti sevən bir bitkidir. Buna görə yaz və yay aylarında balkonda, digər zamanlarda daxili məkanlarda, səhər günəşini görəcək bir yerə qoymalısınız.

Evdə cəfəri yetişdirmək üçün əsas məqamlar:

– İstifadə edəcəyiniz dibçək dərin və geniş olmalıdır.

– Cəfərilər həddindən çox suyu sevməzlər. Onlara çox su vermək kiçilib yarpaqlarının saralmasına səbəb olar.

– Hər dəfə cəfərini yığdıqdan sonra onun torpağını sulayın.

– Dibçəkdə bitən alaqlar torpağın qidalandırıcı xüsusiyyətini azaldar. Ona görə də bu alaqları təmizləmək lazımdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here