Home İDMAN Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu

Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu

47
0
SHARE

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək (U-23) güləşçilərin dünya çempionatı sona çatıb.

Kişi Magazine Oxu.Az-a istinadən xəbər verir ki, müəyyən səbəbdən tam heyətlə iştirak edə bilməyən sərbəst güləşçilər son gündə qapını bərk çırpıb.

Bundan əvvəl Əli Rəhimzadənin (-65 kq) ifasında gümüş medal qazanmış güləşçilərimiz son gündə daha iki medalı aktivinə yazdırıb. Belə ki, Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun baş məşqçisi olduğu millimiz qızıl və bürünc medal qazanıb.

Əvvəlcə Murad Süleymanov (-86 kq) bizi sevindirib. 1/8 finalda erməni Hovannes Mxitaryana 10:7 hesabı ilə qalib gəlmiş Murad bürünc medal uğrunda görüşdə kanadalı Aleksander Robert Muru 10:0 hesabı ilə məğlub edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here