Ən bahalı transfer yaşıl meydana geri dönür

Ən bahalı transfer yaşıl meydana geri dönür

32
0
SHARE

“Barselona”nın hücumçusu Osman Dembele futbola dönmək üçün səbirsizlənir.

”Kişi Magazine” Apasport.az-a istinadən xəbər verir ki, yeni transfer instaqram hesabı vasitəsilə azarkeşlərə şad xəbəri çatdırıb.

La Liqanın IV turunda “Xetafe” ilə qarşılaşmada zədələnərək Finlandiyada əməliyyat olunan fransalı forvardın 3,5 aydan sonra yaşıl meydanlara dönəcəyi açıqlanmışdı. Lakin 105 milyon avro ilə “Barselona” tarixinin ən bahalı transferi olan Dembele bu müddətin 2 ay çəkəcəyini vurğulayıb.

Qeyd edək ki, Osman Dembele “Barselona”ya bu yay Dortmund “Borussiya”sından keçib.