SHARE

Səhər yeməyindən imtina edən, email və telefon zənglərinə cavab verməyən Elon Maskın gündəlik rejimi.

• Elon Mask vaxtının böyük hissəsini “SpaceX” və “Tesla” şirkətləri arasında bölür.

• O, hər iki şirkətin CEO-sudur.

• O, gününün hər bir dəqiqəsini planlaşdırır və bəzən yemək vaxtı da çalışır.

Elon Mask çox məşğul insandır.

“Tesla” və “SpaceX”ın təsisçisi iş həftəsini normalda hər iki şirkət arasında bölür, qəlyənaltını 5 dəqiqəyə edir və məhsuldarlıq naminə telefon zənglərinə cavab vermir.

Mask günə səhər saat 7-də oyanmaqla başlayır. O, adətən 6 saat yatır.

Mask adətən səhər yeməyi yemir. Bəzən isə, kofe və omletlə kifayətlənir.

Bir şeyə isə hər zaman vaxt tapır. Bu, duş qəbul etməkdir. O, bir dəfə müsahibəsində duş qəbul etməyin onun gündəlik həyatının ən vacib hissəsi olduğunu demişdi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here