Home KİŞİ NEWS “Elektron ticarət ənənəvi ticarətə nisbətən daha təhlükəsizdir”

“Elektron ticarət ənənəvi ticarətə nisbətən daha təhlükəsizdir”

266
0
SHARE

Azərbaycanda elektron ticarət inkişaf etməkdə olan sahələrdəndir. 2005-ci ildə ölkədə “Elektron ticarət haqqında” qanun qəbul edildi. 2008-ci ildə isə Silverkey şirkəti xüsusi lisenziya almış GoldenPay onlayn ödəmə sistemi qurdu. Yalnız bundan sonra Azərbaycanda e-ticarət formalaşmağa başladı.

Elektron ticarət kompüter şəbəkələri vasitəsilə, məsələn, İnternet üzərindən məhsul və ya xidmətin ticarəti deməkdir. Elektron ticarət özündə satışı, alışı, məhsulların tanıtımını əks etdirir və insanları maraq dairələrində olan xidmətlərlə təmin edir.

“İnternet mağazanın üstünlükləri ondan ibarətdir ki, yəni İnternet mağaza deyəndə biz rahatlıq, əlçatabilirlik, internetdən ödəmə. Yəni ki, qısaca internet mağazanın istehlakçıya yaratdığı üstünlüklər axtardığın malı tapmaq, müxtəlif İnternet mağazalarda qiymətləri qarşılaşdırmaq, bu maldan əlavə xidmət də ola bilər, virtual xidmət, oyun xidmətləri, video kirayəliyib kinoya baxmaq xidmətləri ola bilər, yəni qısaca İnternet ticarətin bu gün ən böyük üstünlüyü ondan ibarətdir ki, insanlar vaxtına qənaət edir”.

İnternet ticarətin üstünlükləri sadalansa da, gözardı edə bilmərik ki, insanların bəzilərində bu növ ticarətə qarşı inamsızlıq mövcuddur. Keçirdiyimiz sorğuda iştirak edənlərin 48 faizi elektron ticarətə güvənmədiyini deyib. Nicat bəy bu məsələyə də aydınlıq gətirir. Əlavə edir ki, əslində elektron ticarət ənənəvi ticarətə nisbətən daha təhlükəsizdir:

“Ümumiyyətlə, tək Azərbaycanda deyil, inkişaf etmiş ölkələrdə də internet ticarətə qarşı böyük bir inamsızlıq var. Çünki insanlar kartlarının oğurlanacaqlarından qorxur. Belə deyək də, bunun yolu ancaq təhsil, PR, mətbuatla düzgün işləməkdir. Amma internetlə ödəmələrdə belə bir şey var ki, hər hansı bir məhsulda problem olanda və ya aldadılma hallarında viza master kartın göstərilən vaxtı var. Səhv edmirəmsə, o, 180 gündür. Bu müddət ərzində pulunuzu geri ala bilərsiniz.”

Qeyd edək ki, Amazon, Aliekspres, Ebay kimi saytlar dünyada elektron ticarətin ən yaxşı nümunələrindəndir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here