Home KİŞİ BİLMƏLİDİR Elektron əşyalarınız kirəclənib?

Elektron əşyalarınız kirəclənib?

140
0
SHARE

Əsasən turşu hazırlayarkən çox istifadə etdiyimiz sirkə başqa işlərdə də faydalı olduğunu bilirsinizmi?

Kişi Magazine Ailem.az-a istinadən sirkədən bizim də istifadə edə biləcəyiniz müxtəlif yerlər barədə məlumat verir.

Mətbəx təmizliyində Həyat yoldaşınıza kömək etmək üçün sirkədən faydalanaraq, mikroblardan qurtula bilərsiniz.

Əl-üz yuyanlardakı tıxanıqlığı aradan qaldırmaq üçün də sirkədən istifadə etmək olar.

Soda, su və sirkəni qarışdıraraq əl-üz yuyana tökün.

Avtomobilinizin şüşələrinin qış fəslində buxarlanmasını istəmirsinizsə, şüşələri alma sirkəsi ilə silin.

Evdə olan elektron əşyaların kirəclənməsini sirkə istifadəsi ilə azaltmaq mümkündür. Paltaryuyan, qabyuyan maşın, ya da ütüdə olan kirəclənmə sirkə sayəsində yox olacaq.

Hamamda və mətbəxdə olan su kranlarını sirkə ilə parıldada bilərsiniz.

Bağdakı alaqlar da sirkə vasitəsilə ortadan qalxacaq. Otların üzərinə sirkə püskürdün.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here