SHARE

2004-cü ildə Keniyanın Eldoret şəhərindəki ibtidai sinifin birinci sinifinə yeni şagir qəbul olur.

Kimani Maruqe adlı şagirdin 84 yaşı var idi. Kimani doğum haqqında heç bir şəhadətnamə təqdim etməsə də, 1920-ci ildə anadan olduğunu bildirib.

Məktəb rəhbərliyi yaşlı şəxsin istəyini qəbul edir. O, nəinki birinci sinifə, həm də dünyanın ən yaşlı şagirdi kimi Ginnesin Rekordlar Kitabına da daxil edilir.
2003-cü ildə Keniya hökuməti 8 illik pulsuz təhsillə bağlı qərar qəbul edib. Bu səbəbdən Kimani də qərardan istifadə etmək qərarına gəlib. O, müəllimlərə bildirib ki, “İncil”i oxumaq onun arzusudur.

Kimani kasıb ailədə dünyaya gəlib. Ailə övladlarına təhsil verə bilməyib.

Kimani məktəbə 30 yaşlı nəvələri ilə birlikdə daxil olub. Tezliklə dünyanın ən yaşlı şagirdinin arzusu reallığa çevrilir. Kimani “İncil”i oxuyur, xristianlığı qəbul edir və Stivan adını götürür. Artıq Kimani ağır xəstə idi və mədə xərçəngi ilə mübarizə aparırdı. Bu səbəbdən Kimani kilsəyə əlil arabası ilə aparılıb.
Veteran şagird oxumaq-yazmaqla yanaşı, riyaziyyatı öyrənmək, pensiyasını hesablamaq da istəyirdi. Məktəbi bitirdikdən sonra isə, universitetə daxil olmağı planlaşdırırdı.

Ən yaşlı məktəbli haqqında söz-söhbət BMT-yə də çatdı. 2005-ci ildə Maruqe Nyu-Yorka dəvət edilir. O, BMT-nin iclasında çıxış edir və pulsuz təhsilin vacibliyindən danışır.

Təəssüf ki, ən qoca şagird məktəbi bitirə bilmir. 2008-ci ildə sağlamlığı ilə bağlı problemləri üzə çıxıb. Bu səbəbdən təhsilə davam edə bilmir. 2007-ci ildə Keniyada baş verən iğtişaşlar zamanı evi qarət edilir və qaçqınlar üçün nəzərdə tutulan düşərgəyə köçür.

Kimani 2009-cu ilin 14 avqust tarixində dünyasını dəyişib. Məktəbi bitirmək üçün ona cəmi iki il vaxt lazım idi…

Mənbə: Ölkə.Az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here