Home KİŞİ NEWS Dünyanın ən varlı 3-cü adamından etiraf: “Axmağam”

Dünyanın ən varlı 3-cü adamından etiraf: “Axmağam”

131
0
SHARE

Dünyanın ən zəngin adamları arasında yer alan Uorren Buffett, zamanında Google və Amazona investisiya etməyərək səhv etdiyini bildirib. Məşhur investor, “Bu cür səhv etdiyimə görə axmağam” deyib.

Dünyanın ən varlı 3-cü adamı Uorren Buffett (Warren Buffett), illər əvvəl Google payı almadığı üçün böyük bir səhv etdiyini bildirib.

Buffett, “Keçmişdə texnologiya şirkətlərindən həmişə uzaq durdum. Çünki necə pul qazandıqlarını və uzun perspektivdə eyni uğuru təkrar etdirib etdirməyəcəklərini bilmirdim” deyib.

Buffett qeyd edib ki, illər əvvəl Google-ın reklam xidmətindən bu qədər pul qazanacağını təxmin etməli idi.

Amazona sərmayə qoymaq imkanını da anlaya bilmədiyini qeyd edərək, “Bezosun (Amazon-un banisi) bu qədər uğurlu ola biləcəyini güman etmirdim” deyə bildirib.

Mənbə: bizplus.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here