SHARE

Dünyada elə kiçik ölkələr vardır ki, onları xəritədə belə görmək mümkün deyil. Hətta bəziləri o qədər kiçikdir ki, sahəsi hər hansı kəndin sahəsindən daha azdır.

“Kişi Magazine” dünyanın ən kiçik 5 ölkəsini təqdim edir.

Dünyanın ən kiçik ölkəsi olan Vatikan İtaliyanın paytaxtı Romada yerləşir. Katoliklərin dini mərkəzi olan ölkənin ərazisi 0.44 kilometr kvadratdır. Əhalisi təxminən 842 nəfərdir. Lakin Vatikanın əhalisi turistlərin sayına görə 1500-ü keçir.

Monako Fransanın Ağdəniz sahilindəki Nice şəhərinin yaxınlığında yerləşir. 2014-cü il statistikasına görə, ölkənin əhalisi 37800 nəfər təşkil edir. Əhalisinin sayına görə dünyada ən çox milyoner və milyarderin yaşadığı ölkədir. Ölkə Monte Karlodakı dəbdəbəli qumarxanaları ilə də məşhurdur. Ərazisi 2 kilometr kvadratdır.

Əvvəllər Pleasant Adası kimi tanınan Nauru Sakit okeanın cənubunda yerləşən Mikroneziya ölkələrindən biridir. İqtisadiyyatı 1980-cı illərdə inkişaf etməyə başlayan ölkədə işsizlik səviyyəsi 90% təşkil edir. 2014-cü il statistikasına görə əhalisinin sayı 10084-ə bərabərdir. Gəliri yalnız fosfat və potasyumdan olan ölkənin iqtisadiyyatı zəifləməyə başlayıb. Ərazisi 21 kilometr kvadratdır.

Əvvəllər Ellis adaları kimi tanınan Tuvalu Avstraliyanın qərbində, Sakit okeanda yerləşir. Poloneziya adalarında bir zəncir boyunca uzanan 58 kilometrlik 9 mərcan adasından ibarətdir. Əhalisinin sayı 2012-ci il statistikasına görə 10837 nəfər olan ölkənin ərazisi 26 kilometr kvadratdır.

San Marino İtaliyanın şimalındakı Titano dağında yerləşir. Sahəsi 61 kilometr kvadratdır. Hər hansı bir ölkə ilə sərhəd olmayan ölkə dünyanın ən zəngin ölkələrindən biridir. 29 min əhalisi var.

 Mənbə: Enterezan.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here