Home KİŞİ NEWS Dünyanın ən etibarlı evi tikilib

Dünyanın ən etibarlı evi tikilib

179
0
SHARE
Hətta dünyanın sonunu da bu evdə qarşılamaq mümkündür

ABŞ-ın Atlanta şəhərində dünyanın ən etibarlı evi inşa olunub. Mütəxəssislərin fikrincə, hətta dünyanın sonunu da bu evdə qarşılamaq mümkündür. Kişi Magazine AzərTac-a istinadən xəbər verir ki, sahəsi 10 min kvadratmetr olan evin bütün otaqlarının qapıları zirehdən hazırlanıb.

Evdə xüsusi kommunikasiya xətləri quraşdırılıb və güclü təhlükəsizlik sisteminə malik 5 bunker tikilib. Bunkerlərə yalnız gizli qapı vasitəsilə girmək olar.

Tikintisinə 30 milyon dollar xərclənən evdə 8 yataq və 14 vanna otağı, 3 mətbəx, habelə hovuz, kinoteatr, rəsm qalereyası və hətta tir var.

Zirehli evin tikintisi altı ilə başa gəlib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here