Home AVTO Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

52
0
SHARE

Yaponiyanın “Lexus” avtomobil markası Amerikanın “Consumer Reports” jurnalının qiymətləndirmələrinə görə, dünyanın ən etibarlı avtomobili hesab edilib. O, ötən ilki reytinqə başçılıq edən “Toyota”nı qabaqlayıb. Bu markanın ən etibarlı avtomobili “Lexus GS” olub.

Kişi Magazine Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı jurnalın saytında məlumat yerləşdirilib.

Siyahıda üçüncü yeri “Mazda” avtomobilləri tutub. Dördüncü yerdə “Subaru”, 5-ci yerdə isə “Kia” avtomobilləri qərarlaşıb. “Kia” ötən ilə nisbətən 2 pillə geriləyib.

Altıncı yeri “İnfiniti” avtomobili tutub. Avropanın ən yaxşı brendi “Audi” bu siyahıda 7-ci olub. Siyahıda BMW avtomobilləri 8-ci, Britaniyanın “Mini” avtomobili 9-cu yerdə qərarlaşıb. İlk onluğu “Hyundai” bağlayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here