Home KİŞİ NEWS Dünyanın ən bahalı mobil telefonları

Dünyanın ən bahalı mobil telefonları

508
0
SHARE
Mobil telefon müasir həyatımızın vazkeçilməz atributuna çevrilib.

Mobil telefon bazarında isə istənilən büdcəyə uyğun cihazlar var. Amma elə mobil telefonlar da var ki, onların qiyməti çox bahadır. Kişi Magazine Ölkə.Az-a istinadən dünyanın ən bahalı mobil telefonlarının siyahısını təqdim edir.

10. “Vertu Signature Diamond”
“Vertu” mükəmməl dizaynı olan eksklüziv mobil cihazdır. Bu brend lüks telefonları ilə məşhurdur. “Vertu” platindən hazırlanır və əl ilə yığılır. Fantastik brilliant daşlarla bəzədilir. Cəmi 200 nüsxə istehsal edilib. Qiyməti isə 88.000 dollardır.
9. “iPhone Princess Plus”
“iPhone”nun digər modellərinə aid funksiyalara sahibdir. Bəs niyə bahadır? Mobil telefonun xarici görünüşünü məşhur dizayner Piter Aloisson hazırlayıb. Qızıldan başqa brilliant qaşlardan da istifadə edilib. Dizayner bildirib ki, istifadə etdiyi daşlar keyfiyyətlidir. Bu mobil telefonun qiyməti 176.400 dollardır.
8. “Blackdiamond VİPN Smartphone”
“Sony Ericsson” şirkətinin məhsuludur. Caren Qox “Sony” üçün üslublu  konsepsiya hazırlayıb. Smartfon güzgü bölgəsi, yarı karbon güzgü və işıq diodlu texnologiya ilə təchiz edilib. Ekran isə iki brilliantla təchiz edilib: onlardan biri naviqasiya düyməsinin, digəri isə arxa paneldədir. Qiyməti 300 min dollardır.
7. “Vertu Signature Cobra”
“Vertu”nun növbəti modeli dünyanın ən bahalı 7-ci mobil telefonudur. Kobra formasındadır. Fransalı zərgər Buşeron tərəfindən hazırlanıb. Bir neçə brilliant və 439 rubin daşı ilə bəzədilib.
6. “Gresso Luxor Las Vegas Jackpot”
“Gresso” şirkəti bahalı telefonların istehsalı ilə məşhurdur. Sözügedən bahalı smartfon isə 2005-ci ildə İsveçrədə istehsal edilib. Mobil telefonun istehsalında 180 qram qızıldan istifadə edilib. Arxa paneli dünyanın ən bahalı ağacından (Afrikada bitir) hazırlanıb. Düymələr isə sapfirdəndir. Mobil telefonun qiyməti 1 milyon dollardır.
5. “Diamond Crypto Smartphone”
Bahalı aksessuarların istehsalçısı Piter Aloisson tərəfindən hazırlanıb. Qapağına 50 brilliant qaş yerləşdirilib. Onlardan bəzisi nadir mavi brilliantdır. Bundan başqa bəzi bölmələr çəhrayı qızıldan hazırlanıb. Telefon sizi oğurlanmaqdan və şantajdan qoruyur. Qiyməti 1.3 milyon dollardır.
4. “Goldvish Le Million”
Məşhur dizayner Emmanuel Qeyt tərəfindən hazırlanıb. İsveçrədə istehsal edilib. 2006-cı ildə Fransanın Kann şəhərində “Millionaire Fair” sərgisində satılıb və ən bahalı mobil telefon kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Qiyməti 1.3 milyon dollardır. 20 karatlıq ağ qızılla bəzədilib.
3. “iPhone 3G King’s Button”
Avstriyalı zərgər Piter Aloisson tərəfindən hazırlanıb. Ümumi qiyməti 2.4 milyon dollar olan 138 brilliant daşla bəzədilib.
2. “Supreme Goldstriker iPhone 3G 32GB”
Qiyməti 3.2 milyon dollardır. Korpusu 22 karatlıq, 271 qramlıq qızıldan hazırlanıb. Ekran isə 53 ədəd 1 karatlıq brilliant daşlarla bəzədilib. Əsas düyməsi 7.1 karatlıq brilliant daşdır. Xüsusi sandıqla birlikdə satılır.
1. “Diamond Rose iPhone 4 32GB”
Stüart Hyuzun istehsal etdiyi smartfon siyahıda birincidir. Telefonun çərçivəsi çəhrayı rəngdədir və 500 brilliant qaşla bəzədilib. Arxa hissəsi çəhrayı qızıldan hazırlanıb. Əlavə olaraq 53 brilliant qaşla bəzədilib. Ön düymə isə platindən və 7.4 karatlıq nadir çəhrayı brilliantdan hazırlanıb. Qiyməti 8 milyon dollardır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here