Dünyada ilk dəfə robot vətəndaşlıq aldı

Dünyada ilk dəfə robot vətəndaşlıq aldı

181
0
SHARE

Ər-Riyadda keçirilən Future Investment Initiative adlı iqtisadi konfrans çərçivəsində insana bənzəyən Sophia adlı robot Səudiyyə Ərəbistan vətəndaşlığı aldı.

Bu barədə Bloomberg saytı xəbər verib. Beləliklə Sophia vətəndaşlıq almış dünyanın ilk robotu oldu.

“Səudiyyə Ərəbistan krallığına təşəkkürlərimi bildirirəm. Mən, vətəndaşlığı almağı bacaran dünyanın ilk robotu oldum” – deyə Sophia səhnədə olarkən bildirib.

Xəbərdə qeyd olunub ki, bu cür qərar ölkə vətəndaşlarının narazılığına səbəb ola bilər. Belə ki, onlar əşyaların insan obrazını almasına yaxşı baxmırlar. Bununla yanaşı Səudiyyə Ərəbistanda xarici şəxslərə vətəndaşlığın verilməsini qadağan edən sərt qaydalar var. Qeyd etmək lazımdır ki, 2016-cı ilin Mart ayında müsahibələrin birində “Sən insanları məhv edəcəksən?” sualına Sophia müsbət cavab verib. 2017-ci ilin Aprel ayında isə televiziya şoularından birində iştirak etmiş Sophia, dünyanı ələ keçirtmək istədiyini qeyd edib. Lakin sonradan bunun bir zarafat olduğunu bildirib.

Mənbə: technote.az