Dünyada ən çox elektromobil hansı ölkədədir?

Dünyada ən çox elektromobil hansı ölkədədir?

123
0
SHARE

Dünyada elektrik mühərriiki ilə işləyən avtomobillərin sayı kəskin artmaqdadır.

Kişi Magazine Avtosfer.az-a istinadən xəbər verir ki, belə avtomobillərin sayı 3 milyona çatıb. Onlar arasında ən çox satılan Tesla Model S elektroavtomobilləridir. Dünyada ən çox elektromobil Çinə məxsusdur. Bu ölkədə 650 min (dünyadakı avtomobillərin 32%), liderliyi əldən verən ABŞ-da isə 500 min elektromobil var. Yaxın illərdə bütün bu ölkələrdə ictimai nəqliyyatın da elektrik enerjisi ilə çalışacağı gözlənilir. Çin və ABŞ-dan sonra elektromobil bazarında Avropa ölkələri qərarlaşıb. Norveçdə satılan avtomobillərin 28,8%-i elektrik mühərriyi ilə işləyir. Eyni göstərici Hollandiyada 6,4%, İsveçdə isə 3,4% təşkil edir.