SHARE

Qol düymələri XVI əsrin sonlarına doğru, XIV Luisin dövründə ortaya çıxıb və indiyədək istifadə edilir.

Dəyərli metallardan düzəldilən qol düymələrinin hazırlanmasında qızıl, gümüş, brilyantlardan istifadə edilirdi.

XVI əsrdə qol düyməsini zənginliyini nümayiş etdirən ailələrin üzvləri taxırdı.

XIX əsrdə manjetli köynəklərin dəbdə olması qol düyməsinin istifadəsini artırdı.

ABŞ-da isə düymələrin populyarlığı XX əsrə təsadüf edir. Amerikalılar, əsasən, “Dumbbell” tərzində (Qol düyməsinin görünən hissəsi özəl bir naxış formasında olur) olan qol düymələrinə üstünlük verirdilər.

Qol düymələrinin xüsusi məna kəsb etməsi onun istifadəsini önəmli şəkildə artırmağa kömək edirdi. Onların yumorlu, çağdaş, ənənəvi və siyasi tərzdə olan növləri var idi.

Hazırda qol düymələri müxtəlif növ materiallardan hazırlanır. Kişilərdə klassik obrazı tamamlayan və şıqlığı xarakterizə edən qol düymələri əvvəllər, sadəcə, özəl günlərdə istifadə edilirdisə, artıq gündəlik həyatımızda prestijli bir aksessuar kimi öz yerini alıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here