Home KİŞİ NEWS Daha çox yaşamağın asan yolu

Daha çox yaşamağın asan yolu

168
0
SHARE

Britaniyalı alimlər mütəmadi olaraq təmiz havada orta səviyyədə fiziki əmək və fitneslə məşğul olmağın yaşlı kişilərdə ölüm riskini aşağı saldığını müəyyən edib.

Kişi Magazine Oxu.Az-a istinadən xəbər verir ki, tədqiqatla bağlı məqalə “British Journal of Sports Medicine” jurnalında dərc olunub.

Tədqiqatlar göstərib ki, gündəlik olaraq yarım saat küçədə it gəzdirən və ya bağda işləyən kişilərdə ölüm riski 17 faiz aşağı düşür.

Bu elmi tapıntı yaşlı kişilərin günün böyük hissəsini oturaq vəziyyətdə keçirməsinin ölüm riskini artırdığı haqqında digər elmi araşdırmanın nəticələrinə yaxın olub.

Tədqiqat qrupu yaşı 78-dən yuxarı olan 1181 britaniyalı kişinin səhhətini və ölüm dinamikasını təqib edib. Hər şəxs orta hesabla beş il ərzində müşahidə olunub. Müşahidələrin sonuna 194 kişi dünyasını dəyişib.

Mütəxəssislər qeyd edir ki, intensiv fiziki tapşırıqlar itlə gəzinti və bağda işləməkdən daha effektiv olsa da, heç də bütün yaşlı kişilər idmanla məşğul ola bilmir. Bununla belə, alimlər gündəlik fiziki əmək və gəzintinin uzunömürlülüyə xidmət etdiyinə əmindir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here